Haqqımızda
Mühəndisliyin gücü ilə gələcəyin təməlini atırıq
Rəhbərin Mesajı
“İnnovasiyanın arxasında əzm dayanır.”
Hər bir layihənin arxasında təkcə texniki bilik deyil, həm də inam, məsuliyyət və güclü bir komanda dayanır. Khan Grand Projects olaraq məqsədimiz – ölkəmizdə və regionda innovativ, etibarlı və davamlı MEP həlləri təqdim etməkdir.
Peşəkar komandamızla birlikdə, texnologiyanın imkanlarını maksimum səviyyədə istifadə edərək, hər müştəriyə yalnız məhsul deyil, dəyər təqdim edirik. Keyfiyyət, dürüstlük və inkişaf – bizim əsas dəyərlərimizdir.
Gələcək hədəfimiz təkcə layihələrə imza atmaq deyil, həm də bu sahədə standartları müəyyən edən lider olmaqdır.
İnkişafa və uğura birlikdə imza atmaq ümidi ilə,
Raul Məmmədov
Direktor, Khan Grand Projects
.png)


Biz Kimik
Şirkətimiz Haqqında
Khan Grand Projects – MEP (Mexaniki, Elektrik və Santexnika) sistemlərinin layihələndirilməsi, quraşdırılması və inteqrasiyası sahəsində fəaliyyət göstərən peşəkar mühəndislik və podrat şirkətidir. Şirkətimiz yüksək keyfiyyətli infrastruktur və mühəndislik həlləri təqdim edərək, müasir tikinti standartlarına cavab verən kompleks layihələr həyata keçirir.
2018
60+
Quruluş tarixi
Tamamlanmış Layihə
_edited.png)
M.Raul
120+
Peşəkar İşçi
40+
Biznes tərəfdaşı
CEO, Khan Grand Projcets MMC

Our
Story
Missiyamız
Daha Güvənli və Ağıllı İnfrastruktur Yaratmaq
Məqsədimiz — müasir texnologiyaları və peşəkar mühəndislik biliklərini birləşdirərək, elektrik, mexanika və layihələndirmə sahəsində etibarlı, dayanıqlı və enerjiyə qənaət edən həllər təqdim etməkdir.
Fəaliyyətimiz, təkcə sistemlər qurmaqdan ibarət deyil – biz insanların həyat keyfiyyətini yüksəltmək üçün çalışırıq.
Səmərəli və innovativ yanaşmamızla, müştərilərimizin ehtiyaclarını vaxtında və peşəkar şəkildə qarşılamağı hədəfləyirik. Komandamızla birlikdə hər layihəyə dəyər qatmağa və ölkəmizin inkişafında pay sahibi olmağa çalışırıq.
